ABŞ-da yenidən prezident olmaq üçün qollarını çırmalayan Donald Trampa Ali Məhkəmədən bəd xəbər gəlib.
Ali Məhkəmə keçmiş prezident Donald Trampın tələbini rədd edib və vergi qeydlərinin Nümayəndələr Palatasının Maliyyə Qanunvericiliyi Komitəsinə təqdim edilməsini təsdiqləyib. Beləliklə, Tramp bu məsələ ilə bağlı 3 ildir mübarizə apardığı hüquqi mübarizəni uduzub.
Donald Tramp ABŞ-da 40 ildən sonra könüllü olaraq vergi sənədlərinə Konqres tərəfindən baxılmayan ilk prezident olub.
Tramp Demokrat Partiyasının nəzarətində olan Nümayəndələr Palatasının noyabrın 8-də keçiriləcək ara seçkilərə qədər apardığı araşdırmanın siyasi səbəblərdən açıldığını müdafiə edib.
Keçmiş prezidentin də üzvü olduğu Respublika Partiyası ara seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazanıb.
Nümayəndələr Palatasının Maliyyə Qanunvericiliyi Komitəsi 6 ildir ki, Tramp və onun bəzi şirkətlərindən 2015-2020-ci illər üçün vergi bəyannamələri tələb edir.
ABŞ Maliyyə Nazirliyi Trampın prezidentliyi dövründə vergi qeydlərini Komissiya ilə bölüşməkdən imtina edib.