Türk hərbi gəmisi 12 ildən sonra İsraildə

10:55 05.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ilə İsrail arasında diplomatik yaxınlaşmadan sonra Türkiyənin TCG Kemalreis hərbi gəmisi Hayfa limanında lövbər salıb. Kemalreis freqatı NATO missiyası çərçivəsində bölgədədir.

Hafta.az bildirir ki, Kemalreisi Amerikanın USS Forrest Sherman esminesi müşayiət edərkən, gəmilərin bir neçə gün limanda gözləyəcəyi gözlənilir. İsrail mətbuatında yer alan xəbərə görə, TCG Kemalreis 2010-cu ildən bəri İsrailə yanaşan ilk türk hərbi gəmisi olub. İsrail ordusunun bəyanatında deyilir: "Gəmilərin yanaşması İsrailin NATO ilə əməkdaşlığının və dəstəyinin bir hissəsidir". Bu arada İsrail mənbələri pasportları olmadığı üçün sahilə çıxmayan türk dənizçilərindən belə bir tələbin olmadığını bildirib.