Türk serialları Moskvada külək olub əsdi

09:50 30.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya ekranlarını zəbt edən türk serialları Rusiyada növbəti dəfə nümayiş olunub. Türkiyə istehsalçıları Moskvada keçirilən "Dünya Məzmun Bazarı 2024" sərgisində yeni seriyalarını tanıtmaq və satmaq üçün stend açıblar.

Hafta.az-ın yazdığına görə, böyük marağa səbəb olan yarmarkaya baş çəkən Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç iştirakçı şirkətlərin stendlərini ziyarət edərək onlara uğurlar arzulayıb. Bilgiç yarmarka çərçivəsində keçirilən “Türk seriallarının ixrac uğuru” adlı sessiyada çıxış edib.

Bilgiç, Facebook səhifəsində etdiyi paylaşımda, "Müxtəlif ölkələrdən televiziya kanalları, istehsal və yayım şirkətlərinin iştirak etdiyi yarmarkaya türk seriallarının göstərilməsi bizi çox sevindirdi" deyib.