Türkiyə, Azərbaycan hərbçiləri üçün Kabildə heç bir təhlükə yoxdur - Ekspert

13:28 24.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ “Taliban”la danışıqlarda razılığa gəldilər ki, diplomatlar Kabildən çıxanadək oraya hücum etməyəcəklər. Taliblər da buna əməl edərək paytaxta girmirdilər.

Bu fikirləri hafta.az-a vaxtilə Əfqanıstanda hərbi xidmət keçmiş hərbi ekspert, ehtiyatda olan kapitan Tərlan Eyvazov deyib.

Onun sözlərinə görə, ancaq sonda Kabildə tam xaos hökm sürdüyünü, prezidentin qaçdığını, hakimiyyətin idarəolunmaz hala gəldiyini, tezliklə şəhərdə soyğunçuluğun, talançılığın baş alıb gedəcəyini görəndə “Taliban” rəhbərliyi qoşunların silahsız şəkildə paytaxta girməsinə qərar verdi:

“Məqsəd paytaxtda qismən də olsa, qayda-qanun yaratmaq idi. Və doğrudan Kabilə girəndən sonra taliblər həmin qayda-qanunu yaratmağa başladılar... Biz görürük ki, “Taliban”ın qadınlara, təhsilə, biznesə münasibəti 90-cı illərdəkindən fərqli olaraq normaldır. Heç bir xarici diplomata, qadınlara toxunulmur, hətta qadın “Taliban” liderləri ilə birgə müsahibə də verir.  Belə bir vəziyyətdə hesab edirəm ki, istər qardaş Türkiyə, istərsə də Azərbaycan hərbçiləri üçün Kabildə heç bir təhlükə yoxdur. Amma yəqin ki, artıq paytaxtda sabitlik bərqəarar olandan, yeni hökumət qüvvələri ən vacib obyektləri nəzarət altına aldıqdan sonra bütün xarici hərbi qüvvələr Əfqanıstandan çıxarılacaq...”