Türkiyə bir sazişlə 4,4 milyard dollarlıq döyüş maşını ixrac edə bilər

09:55 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk hərbi quru platforma istehsalçısı Otokarın ARMA Zirehli Döyüş Vasitəsi (ZMA) bir müddətdir Qazaxıstan Ordusu tərəfindən sınaqdan keçirilib.

Hafta.az-ın "Savunmasanayist"ə istinadən yazdığına görə, Qazaxıstan 1 ilə yaxındır ki, Otokar tərəfindən hazırlanmış TULPAR və ARMA tipli zirehli döyüş maşınlarını müxtəlif şərtlər altında sınaqdan keçirib.

Test edilmiş ARMA konfiqurasiyası ASELSAN tərəfindən hazırlanmış NEFER Tower ilə ARMA 8×8-dir. Bununla belə, Rusiya istehsalı olan "2K23 Tower" inteqrasiya olunmuş TULPAR və ARMA zirehli döyüş maşınları Qazaxıstanda da sınaqdan keçirilib.

ARMA üzərindən inkişaf etdirilən və Birləşmiş Ərəb Əmirlikləri Ordusu tərəfindən RABDAN adı ilə istifadə edilən RABDAN maşınları üçün də "2K23 Tower" seçilib.

TULPAR və ARMA 8×8 maşınlarının yaxın vaxtlarda Qazaxıstan ordusunun inventarına daxil olması gözlənilir. Qazaxıstan Müdafiə Nazirinin müavini Sultan Kamaletdinovun 2022-ci ilin dekabrında verdiyi açıqlamada, “Türk şirkəti tərəfindən istehsal olunan zirehli maşınlarla bağlı bələdçi sənədlərimiz var. Bu zirehli maşınlar bir neçə ölkə tərəfindən alınıb və silahlı münaqişələrdə sınaqdan keçirilib” deyib. Ad verilməsə də, Kamaletdinovun ifadəsində istinad etdiyi avtomobilin ARMA olduğu təxmin edilir.

Otokar tərəfindən uzun müddət əvvəl Qazaxıstana ixrac edilən COBRA Zirehli Maşınları hazırda bu ölkənin ordusu tərəfindən aktiv şəkildə istifadə olunur. İddiaya görə, Qazaxıstan 4,4 milyard dollar dəyərində 834 ədəd Otokar ARMA Zirehli Döyüş Maşını tədarük etməyi planlaşdırır.

Əgər bu alğı-satqı reallaşarsa təchizat Türkiyə müdafiə sənayesinin ən böyük tək məhsul ixracatı ola bilər.

Siyasət rubrikasından digər xəbərlər