Türkiyə BMT TŞ-da “veto” hüququnun ləğvinin tərəfdarıdır

19:00 23.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ankara BMT Təhlükəsizlik Şurası sistemində “veto” hüququnun ləğvinin tərəfdarıdır. Hafta.az bildirir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, BMT-yə üzv ölkələrin əksəriyyəti təşkilatda islahatların aparılması ideyası ilə razıdır.
Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın BMT-də islahatlara çağırışı getdikcə artan dünya liderləri tərəfindən dəstəklənir və bunu BMT Baş Assambleyasının hazırkı sessiyası sübut edib.

Onun fikrincə, "veto" hüququnun dəyişdirilməsi qərarların "səs çoxluğu" ilə qəbul edilməsi ola bilər. Diplomatiya rəhbəri bildirib ki, bu məsələdə əsas məsələ maksimum əhatəlilik və ədalətliliyi təmin etməkdir.

Çavuşoğlunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik Ukraynadakı münaqişənin sonunu yaxınlaşdırmır. O, Ankaranın danışıqların tərəfdarı olduğunu vurğulayıb.

Oxunma sayı 2105