Türkiyə iqtisadiyyatı üçüncü rübdə 5,9 faiz böyüdü

11:10 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatı 2023-cü ilin üçüncü rübünün iyul - oktyabr aylarını əhatə edən artım rəqəmlərini açıqlayıb. Buna görə Ümumi Daxili Məhsul (ÜDM) üçüncü rübdə əvvəlki ilin eyni rübünə görə 5,9 faiz artıb.

Hafta.az-ın yazdığına görə, ÜDM-i təşkil edən fəaliyyətlər araşdırıldıqda; 2023-cü ilin üçüncü rübündə əvvəlki ilə nisbətən tikinti 8,1 faiz, sənaye 5,7 faiz, maliyyə və sığorta fəaliyyəti 5,1 faiz, xidmətlər 4,3 faiz, dövlət idarəçiliyi, təhsil, insan sağlamlığı və sosial xidmət fəaliyyəti 3,6 faiz, daşınmaz əmlakla bağlı fəaliyyətlər 2,7 faiz, digər xidmət sahələri 2,2 faiz, informasiya və rabitə fəaliyyəti 1,7 faiz, kənd təsərrüfatı sektoru 0,3 faiz artıb. Peşəkar, inzibati və yardımçı xidmət fəaliyyəti 2,5 faiz azalıb. Subsidiyalar çıxılmaqla məhsul üzrə vergilər 16,5 faiz artıb.

Təqvimə uyğunlaşdırılmış ÜDM 5,1 faiz artıb. ÜDM proqnozu, 2023-cü ilin üçüncü rübündə cari qiymətlərlə əvvəlki ilin eyni rübünə nisbətən 79,8 faiz artaraq 7 trilyon 681 milyard 432 milyon lirəyə çatıb. ÜDM-in üçüncü rüb dəyəri 295 milyard 815 milyon dollar olub.

Ev təsərrüfatlarının son istehlak xərcləri 2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni rübünə nisbətən 11,2 faiz artıb. Hökumətin son istehlak xərcləri 5,3 faiz, ümumi əsas kapitalın formalaşması isə 14,7 faiz yüksəlib.

Əmək ödənişləri 2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni rübünə nisbətən 117,2 faiz artıb. Xalis əməliyyat profisiti/qarışıq gəlir 50,7 faiz çoxalıb.