Türkiyə ordusu İraqın şimalında daha 5 terrorçunu zərərsizləşdirib

20:00 10.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına yeni zərbələr endirib.

Hafta.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aprelin 10-da keçirilən əməliyyat nəticəsində daha beş terrorçu zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında, “Şəhidimizin qanı yerdə qalmadı, qalmayacaq!”, - ifadəsi yer alıb.

Aprelin 9-da terrorçuların İraq ərazisində açdığı atəş nəticəndə ağır yaralanan 26 yaşlı çavuş Hikmet Aslan həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Şəhid bu gün Niğde vilayətində dəfn olunub.