Türkiyə ordusu şəhid verdi

09:21 24.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 23-də Suriyada ''Barış Pınarı" əməliyyatına rəhbərlik edən mayor Mete Yıldırıma ehtiyatsızlıq üzündən atəş açılıb.

Hafta.az-ın məlumatına görə,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Xəbərdə bildirilib ki, o, dərhal xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və şəhid olub.

"Bizə dərin ağrı və üzüntü yaşadan bu hadisə zamanı həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə Türk Silahlı Qüvvələri adından başsağlığı və səbr diləyirik", - nazirlikdən bildirilib.