Türkiyə pilotsuz təyyarələri Suriyada ABŞ bazası yaxınlığındakı kürdlərin qərargahını bombaladı

19:12 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Suriyanın Həsəkə əyalətində PYD terror təşkilatına məxsus qərargaha hücum edib. Bu barədə “Əl-Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qərargah ABŞ ordusunun və Qərb koalisiyasının bazası və PYD-nin baş komandanı Mazlum Abdinin iqamətgahı yaxınlığında yerləşir. Dron hücumundan dərhal sonra o, Suriyadakı ABŞ qüvvələrinin komandanlığını təcili toplantı keçirməyə və Türkiyənin hücumlarını müzakirə etməyə çağırıb.