Türkiyə sahillərində 4 bal gücündə zəlzələ

10:10 17.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aralıq dənizində, Türkiyə sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Muğla vilayətinin Fethiye rayonundan 21,99 kilometr aralıda, ocağı isə 29,62 kilometr dərinlikdə yerləşib.

Dağıntı və zərər çəkənlər barədə məlumat verilməyib.