Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib - VİDEO

15:49 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə məxsus "Gür" (S-334) sualtı qayığından Türkiyə istehsalı olan AKYA raketinin sınaq atışı keçirilib.

Hafta.az trend-ə istinadən xəbər verir ki, atış Mərmərə dənizində baş tutub.

Türkiyə Milli Müdafiə Nazirliyi öz bəyanatında həmin raketlərin bütün "Gür" sinifli sualtı qayıqlara inteqrasiya olunacağını bildirib.

Qeyd olunur ki, 2021-ci ildə AKYA raketlərinin seriyalı istehsalına başlanması planlaşdırılır.