Yazını böyüt
Yazını kiçilt
Türkiyə Rusiyadan neft və neft məhsullarını endirimlə idxal etməsi sayəsində 2 milyard dollar qənaət edərək, ölkənin xarici ticarət kəsirini və lirə üzərindəki təzyiqi azaldıb.
Hafta.az-ın yazdığına görə, Rusiyanın Türkiyəyə neft ixracı ötən ilin noyabrında gündəlik 400 min barellə rekord səviyyəyə yüksəlib. Bu həcm Rusiyanın dəniz yolu ilə ixrac etdiyi neftin 14 faizini təşkil edib.
Yanvar-noyabr ayları dövründə Rusiyadan neft idxalında 200 faiz artım olub.