Türkiyə XİN İrandakı helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

22:10 19.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İran Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb.

Hafta.az xəbər verir ki, bəyanatda Türkiyənin hadisə ilə bağlı aparılan fəaliyyətləri kədərlə izlədiyi qeyd edilib.

“Prezident Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla İran rəsmilərinin təhlükəsiz şəraitdə və salamat olduqlarına ümid edir, qardaş İran xalqına keçmiş olsun diləklərimizi çatdırırıq” -ifadələrinə yer verilən bəyanatda Türkiyə tərəfindən axtarış-xilasetmə işlərinə hər cür dəstəyin göstərilməsi üçün fəaliyyətə başlanıldığı bildirilib.

Oxunma sayı 84