Yazını böyüt
Yazını kiçilt
Türkiyə hökuməti “xarici agentlər” haqqında qanun layihəsini ratifikasiya üçün parlamentə təqdim etməyə hazırlaşır.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
Yayımlanan yazılı açıqlamaya görə, qanun “Türkiyənin milli təhlükəsizliyini təhdid edən digər ölkələrə və ya xarici təşkilatlara işləyənlərə” qarşı yönələcək. Qanun layihəsinə görə, bu əmələ görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Gürcüstanda da analoji qanun qəbul edilib və bu, həmin ölkədə ciddi siyasi böhrana səbəb olub. Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib, müxalifətin fikrincə, “xarici agentlər haqqında” həmin qanun Rusiya qanunvericiliyini təkrarlayır.