Türkiyə Zelenskinin sülh planını dəstəkləyir

15:40 10.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna münaqişəsinin həlli ilə bağlı on bəndlik planını dəstəkləyir.

“Zelenski 10 bəndlik plan irəli sürüb. Biz Türkiyə olaraq bu planı dəstəkləyirik”, - deyə nazir Cənubi Afrikada keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin əlavə edib ki, Türkiyə artıq sənəd üzərində fəal işləyir və bəzi məqamlar üzrə sədrliyə hazır olduğunu bildirir.

“Biz inanırıq ki, bu münaqişə danışıqlar masası arxasında bitəcək”, - deyə Türkiyə XİN rəhbəri yekunlaşdırıb.