Türkiyədə 150-dən çox adam soyğunçuluqda şübhəli bilinərək saxlanılıb

18:31 17.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Zəlzələdən zərər çəkmiş bölgələrdə talan etməkdə şübhəli bilinən 150-dən çox adam saxlanılıb.

"Habertürk" Türkiyə Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

“Rayonda oğurluq, talama və ixtisaslı dələduzluq faktları üzrə 152 şübhəli saxlanılıb”, - məlumatda deyilir.

Bundan əlavə, araşdırma zamanı zəlzələ zamanı dağılmış binaların tikintisi və təmiri ilə məşğul olmaqda şübhəli bilinən 83 podratçı həbs edilib, qəzet yazır.