Türkiyə Statistika İnstitutunun (TÜİK) Ünvan Əsaslı Əhali Qeydiyyat Sistemi (ADNKS) 2025-ci ildə körpələrə ən çox verilən adları açıqlayıb.
Hafta.az yazır ki, oğlan uşaqlarına ən çox verilən ad 7527 körpəyə qoyulmuş Alparslan olub. Bunun ardınca 6036 körpə ilə Göktuğ və 5393 körpə ilə Metehan gəlir.
Qız körpələri arasında Alya 8751 körpə ilə birinci, Dəfnə 7731 körpə ilə ikinci və Gökçə 7603 körpə ilə üçüncü olub.
2025-ci ildə doğuşlarda ən çox verilən adlarla 0-17 yaş qrupu üzrə ümumi mənzərə arasında əhəmiyyətli fərq var. Türkiyədə bütün uşaqlar arasında ən çox verilən oğlan adları Yusif, Mustafa və Ömər olsa da, ən çox verilən qız adları Zeynəp, Elif və Ecrindir. Bu cədvəl, son illər millətçi və tarixi mənalı adlara artan marağın göstəricisidir.
Türkiyə Statistika İnstitutunun (TÜİK) doğum statistikasına görə, 2024-cü ildə Türkiyədə 937559 diri doğuş baş verib. Bunlardan 481825-i oğlan, 455734-ü isə qız olub. Doğuşların 96,7 faizi tək, 3,2 faizi əkiz, 0,1 faizi isə üçəm və daha çox olub.
Xəstəxanalarda baş verən doğuş nisbəti 2010-cu ildəki 91,6 faizdən 2024-cü ildə 99,4 faizə yüksəlib.