Türkiyədə 4,3 bal gücündə zəlzələ olub

12:52 12.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Bingöl vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 09:38-də qeydə alınıb. Zəlzələlərin episentri Karlıova rayonunda olub.

Yeraltı təkanların ocağı 7,01 kilometr dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat verilməyib.