Türkiyədə bu gün 208 nəfər koronavirusdan vəfat edib

22:51 23.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə yeni tip korona virusundan (Covid-19) noyabrın 23-də 208 nəfər dünyasını dəyişib. 

Hafta.az türk mətbuatına istinadən bildirir ki, bir gündə 365 min 412 test edilib. Gündəlik yoluxma sayı 28.170-dir. Son 24 saatda sağalanların sayı 29.353-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 119 milyon 602 min 103 peyvənd vurulub.