Türkiyədə COVID-19-dan son sutkada 254 nəfər ölüb

22:17 27.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb. 

 Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları müəyyən edilməyənlərlə birlikdə  14 205 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 21 196, ağır xəstə sayı isə 4309 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları müəyyən edilməyən 2 147 578  nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 105 230 nəfər sağalıb, 19 878 nəfər isə ölüb.

COVID-19-la mübarizə tədbirləri nəticəsində  yoluxma və bu infeksiyadan səhhəti ağır olan xəstələrin sayında azaldığını vurğulayan nazir yaxın günlərdə ölüm sayında da azalma müşahidə ediləcəyini deyib.apa