Türkiyədə koronavirusdan 245 nəfər ölüb

22:38 28.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan 245 nəfər həyatını itirib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində COVID-19 infeksiyası ilə əlaqədar 290 186 nəfərdən test götürülüb, onların 17 912-nin testi pozitiv nəticə verib, 12 175 nəfər sağalıb.