Yazını böyüt
Yazını kiçilt
Türkiyədə son 24 saat ərzində daha 106 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Hafta.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2706 nəfərə çatıb.Ölkədə 2 861 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 107 773 nəfərə çatıb.
Onun sözlərinə görə, sağalanların ümumi sayı 25 582 nəfər təşkil edir.