Türkiyədə koronavirusdan ölənlərin sayı 3 mini keçdi

22:21 29.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son 24 saat ərzində daha 89 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 936 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 117 589 nəfərə çatıb.