Türkiyədə koronavirusla bağlı son vəziyyət

09:21 30.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 209 nəfər həyatını itirib.

 

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 351 373 nəfərdən test götürülüb, onların 24 409-nun testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 30 846 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,18%-nə bir doza, 78,24%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub