Türkiyədə koronavirusla bağlı son vəziyyət

10:03 13.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində 217 nəfər həyatını itirib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, ölənlər yeni növ koronavirusa (COVID-19) yoluxanlardır.

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 354 287 nəfərdən test götürülüb, onların 23 637-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 25 164 nəfəri sağalıb.

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,89%-nə bir doza, 79,84%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.