Türkiyədə silah fabrikində yanğın olub - FOTO

13:02 29.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Konya vilayətində silah fabrikində yanğın baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə nəticəsində müəssisəyə ciddi ziyan dəyib.

Qeyd olunur ki, yanğın səhər saatlarında fabrikin mətbəx bölməsində başlayıb. Yanğın zamanı partlayış səsləri də eşidilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir, yanğının qarşısı alınıb.

Məlumatlara əsasən, həmin fabrikdə ov tüfəngləri istehsal olunur.