Türkiyədə turist avtobusu qəzaya uğrayıb

11:41 28.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bazar günü Türkiyənin qərbində magistral yollardan birində turist avtobusunun qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb.

Hadisə səhər saatlarında Bursa vilayətinin İnegöl-Domaniç avtomobil yolunda baş verib.

47 turistin olduğu avtobus dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 28 nəfər yaralanıb.

Yaralılar arasında vəziyyəti ağır olanlar var.