Türkiyədə zəlzələ olub

15:20 29.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Hafta.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Kaş rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 29.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.