Türkiyədə zəlzələdə ölənlərin sayı 38 044 nəfərə çatıb

10:53 17.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.