Türkiyədə zəlzələlərdən sonra 820 mindən çox bina istifadəyə yararsızdır

12:59 11.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin cənub-şərqində fevralın 6-da baş verən zəlzələdən sonra 820 mindən çox bina istismardan çıxarılıb. Bunu şəhərsalma naziri Murat Kurum TRT telekanalının efirində deyib.

“11 əyalətdən beşində dəymiş ziyanın qiymətləndirilməsini tamamladıq. Qiymətləndirmənin nəticələrinə görə, 1 milyon 706 min binadan nəticə belədir: 821 min 302 bina dağılıb, dağılmaq ərəfəsindədir və ya orta məhvetmə dərəcəsindədir”, – Kurum bildirib.

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.