Türkiyəli psixoterapevtlər vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlayıblar

16:54 28.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, yanvarın 22-dən etibarən FHN-in 112 - qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən müharibəsi iştirakçısına, qaziyə, şəhid ailəsi üzvünə, erməni terrorundan zərər görmüş insanlara psixoterapevtik yardım göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in 112 - qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.