Türkiyənin müdafiə sənayesi ixracatı rekord həddə çatıb. Hafta.az türk mətbuatına istinadla xəbər verir ki, ilin 9 ayının sonuna sənayenin ümumi ixracı 2 milyard dolları ötüb.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, yanvar-avqust aylarında müdafiə və aerokosmik sənaye məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,2% artaraq 2 milyard 636,9 milyon dollara çatıb. Avqust ayı etibarilə illik ixracat 3 milyard 992 milyon dollara yüksəlib. Ötən ilin eyni ayına olan məlumata görə, bu həcmdə artım yüzdə 38-ə bərabərdir.
SIPRI məlumatlarına görə, Türkiyə hazırda ən çox müdafiə sənayesi məhsulları satan ölkələr arasında 2020-ci ildə 14-cü, 2021-ci ildə isə 11-ci yerə yüksəlib.
2021-ci ildə Türkiyə 380 milyon dollar dəyərində müdafiə sənayesi məhsulları tədarük edib.
Türkiyənin 2022-ci ildə 4 milyard dollar və ya daha çox ixrac edəcəyi ehtimal edilir. Strateji plan 2023-cü ildə müdafiə və aerokosmik ixracatını 10,2 milyard dollara çatdırmaq və bu sahədə sektorun davamlılığı baxımından inkişaf etmiş ölkə kateqoriyasına daxil olmaqdır.