Türkiyənin Müdafiə və Kəşfiyyat nazirləri Moskvadadır

19:52 28.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Müdafiə və Kəşfiyyat Nazirliyinin rəhbərləri Moskvaya gəliblər.

Qeyd olunur ki, nazirlər Moskvada danışıqlar aparmaq niyyətindədirlər.

Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, ölkəsi Rusiya tərəfi ilə PKK-ya qarşı hərbi əməliyyat keçirmək üçün Suriyanın şimalı üzərində hava məkanının açılması imkanını müzakirə edir.

Türkiyə tezliklə quru əməliyyatına başlamağı planlaşdırır.

Akar qeyd edib ki, bu əməliyyatla bağlı bütün problemlər Rusiya Federasiyası ilə müzakirə olunur.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson bildirib ki, Rusiya Türkiyənin Suriyada quru əməliyyatına başlamaq qərarını vaxtından əvvəl atılan addım hesab edir.

Pilipsonun sözlərinə görə, Rusiya Federasiyası və Türkiyənin baş qərargahları və kəşfiyyat xidmətləri qarşıdan gələn quru əməliyyatı mövzusunda sıx əlaqə saxlayır.