Türkiyənin Suriyadakı quru əməliyyatı dekabrdan sonra başlaya bilər - Hürriyət

18:09 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pəncə-Qılınc” əməliyyatı dekabrda başa çata bilər, bundan sonra Ankara Suriyada genişmiqyaslı quru əməliyyatı planlaşdırır, hökumət dairələrinə yaxın olan “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib.

Türkiyə aprel ayında İraqın şimalında PKK yaraqlılarına qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatda xüsusi təyinatlılar və Hərbi Hava Qüvvələri iştirak edir. İ

“Türkiyə Silahlı Qüvvələri İraqda “Pəncə-Qalılınc” əməliyyatı keçirir. Dekabrda başa çatdırılması gözlənilir. Bundan sonra Suriyada quru əməliyyatı üçün geri sayım başlamalıdır. Bu dəfə daha böyük əməliyyat planlaşdırılır”, - köşə yazarı yazır.

Oxunma sayı 1476