Türkiyənin Van vilayətində zəlzələ olub

16:45 10.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Van vilayətinin Tuşba rayonunda Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 12:37-də meydana gələn yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.

Van valiliyindən yayılan açıqlamaya görə, hələlik dağıntı və tələfat aşkar olunmayıb. Araşdırmalar davam edir.