Yazını böyüt
Yazını kiçilt
““Türk Birliyi ideyasını gerçəkləşdirən liderlərə eşq olsun”.
Hafta.az xəbər verir ki, bu sözlərlə Milli Məclisin bugünkü iclasında çıxışına başlayan deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatında qlobal aktor kimi qiymətləndirilir:
"Hər bir azərbaycanlı bu Zirvənin əhəmiyyətini dərk etmək üçün türkün olduğu Avropadan Asiyaya uzanan geniş coğrafi areala baxmalıdır".
Deputat eyni zamanda Azərbaycan Prezidentinin çıxışı zamanı söylədiyi fikrin üzərində dayanaraq təklif etdi ki, Türkologiya Akademiyası qurulsun və orada ortaq dilimizin inkişafına dair araşdırmalar aparılsın.