“Turkovac”-ın Azərbaycanda sınağının nə vaxt keçiriləcəyi dəqiq bilinmir. Bununla bağlı hələ ki, konkret qərar yoxdur. Bu barədə hafta.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlikdən o da qeyd olunub ki, hansısa qərar qəbul ediləcəyi təqdirdə, ictimaiyyətə elan olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin diplomatik müraciəti əsasında səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyə Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib. Görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “Turkovac” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına respublikamızın da qoşulmasını təklif ediblər. Öz növbəsində, T. Musayev Azərbaycanda “Turkovac”ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib.Görüşdə sözügedən məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.
Qeyd edək ki, Türkiyənin TURKOVAC vaksini Səhiyyə Nazirliyinin nəzdindəki Səhiyyə İnstitutunun və Ərciyəs Universitetinin alimləri tərəfindən işlənib hazırlanıb.