Yazını böyüt
Yazını kiçilt
Banqkokda tutuquşu sahibinin boyunbağısının 21 brilyantını yeyib. Hafta.az xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb.
Belə ki, Frosti ləqəbli 8 aylıq tutuquşu sahibinin zinət əşyalarının saxlandığı mücrüyə girib. Daşların parlaqlığı quşu cəlb edib. Bu səbəbdən Frosti onları yemək qərarına gəlib.
Günorta saatlarında quşun halı pisləşib və o yemək yeməkdən imtina edib. Frostini baytara apararaq rentgent ediblər. Quşun qarnında kiçik daşlar aşkarlayan həkimlər onu təcili əməliyyat ediblər.
Çıxarılan brilyantları həkimlər sahibinə qaytarıblar. Hər bilyantın çəkisi 0,2 karat olub.