Üç medalla təltif olunan şəhidimizin övladı dünyaya gəldi - FOTO

11:49 18.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində şəhid olan gizir Kazımov İlkin Xanməmməd oğlunun ikinci övladı dünyaya gəlib.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni doğulan körpəyə İlkinar adı verilib.

1995-ci il təvəllüdlü şəhidimizin digər qızı isə yaş yarımlıqdır.

Qeyd edək ki, Astaranın Artupa kəndindən olan gizir Kazımov Ağdərə-Füzuli istiqamətinə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

O, ölümündən sonra Prezidentin sərəncamları ilə "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.