Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb

12:25 17.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.