Üçotaqlı ev yanıb

14:19 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda yanğın baş verib.

Hafta.az-a FHN-dən verilən məlumata görə, rayonunun Alakol kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.