Ukrayna Dünya Bankından 1,5 milyard dollar alacaq

22:27 07.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayıracaq.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi öz “Facebook” səhifəsində qeyd edib. Bildirib ki, bu vəsait dövlət işçilərinin maaşlarının verilməsinə xərclənəcək:

“Ukrayna “Davamlı dövlət idarəçiliyinə dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində dövlət sektoru işçilərinin maaşını ödəmək üçün Dünya Bankından 1,5 milyard dollar alacaq”.