Yazını böyüt
Yazını kiçilt
Ukrayna ordusu cənub cəbhəsində rus qüvvələrinə qarşı hücuma keçib. Cənub Hərbi Komandanlığı bu gün çoxdan gözlənilən əks-hücumun başladığını elan edib.
Hafta.az bildirir ki, ordu sözçüsü Natalia Humeniuk da Xersonu müxtəlif hücum cəbhələri arasında sayıb. Artıq rusların ilk müdafiə xəttinin yarıldığı bildirilir.
Fevralın 24-də başlayan işğalın ilk günlərində ruslar tərəfindən ələ keçirilən Xerson şəhəri həftələrlə Ukrayna əsgərlərinin hədəfində olub. 2014-cü ildə Vladimir Putin tərəfindən ələ keçirilən Xersonu Krım yarımadası ilə birləşdirən körpülər Ukrayna ordusu tərəfindən dəfələrlə vurulub.