Rusiyanın elektrik infrastrukturuna hücumları ilə mübarizə aparan Ukrayna bu qışı pizza qutusu boyda aparatla elektrik kəsintisi yaşamayacaq.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, ölkənin telekommunikasiya nəhəngi “Cisco” tərəfindən Ukraynaya göndərilən elektrik şəbəkəsi cihazlarını araşdırıb.
Xəbərdə cihazların aprel ayında Ukraynaya humanitar yardım aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrlə ölkəyə göndərildiyi bildirilib.
CNN, “Cisco”nun Ukraynanın dövlət elektrik paylayıcı şirkəti “Ukrenergo” ilə bağladığı müqavilə çərçivəsində ölkəyə onlarla cihaz bağışladığını bildirib. Avadanlığın 1 milyon dollar dəyərində olduğu bildirilsə də, ümumilikdə neçə cihazın göndərildiyi barədə məlumat paylaşılmayıb.
“Ukrenergo” tərəfindən idarə olunan elektrik stansiyalarında şəbəkələr arasında elektrik cərəyanını yönləndirmək üçün GPS texnologiyasından istifadə olunur. Ancaq Rusiyanın Baş Kəşfiyyat İdarəsi (GRU) tərəfindən hərbi sahədə istifadə edilən GPS cihazlarına qarşı həyata keçirilən kiberhücumlar elektrik şəbəkələrinin də sıradan çıxmasına səbəb olur.
“Cisco”nun kibertəhlükəsizlik bölməsi olan “Talos” tərəfindən hazırlanmış cihaz GPS sistemləri olmadan elektrik cərəyanını təmin etməyə imkan verir. Kommutator funksiyasını yerinə yetirən cihazda GPS əvəzinə analoq texnologiya ilə işləyən elektrik sayğacları var. Bu, GPS sisteminə hücuma məruz qaldıqda belə yarımstansiyaların şəbəkənin digər hissələri ilə əlaqə saxlamasını təmin edir.
CNN sözügedən elektrik cihazlarının gizli əməliyyatla Ukraynaya keçirildiyini yazıb.
Xəbərdə bildirilir ki, “Ukrenergo”nun yüksək səviyyəli rəhbərləri fevralda ABŞ-da “Cisco” rəhbərləri ilə görüşərək elektrik sistemləri və GRU-nun təxribatı haqqında danışaraq dəstək istəyiblər.
İclasda iştirak edən və “Talos”da işləyən tədqiqatçı Co Marşalın bir komanda toplayaraq cihazı inkişaf etdirməyə başladığı bildirilib. Sınaqları “Talos”un Texasdakı laboratoriyasında başa çatdırılan maşının çatdırılmasında ABŞ Müdafiə Nazirliyi və Energetika Nazirliyinin birgə çalışdığı da deyilir. Bildirilib ki, qurğular əvvəlcə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrlə Almaniyaya, daha sonra isə Ukrayna sərhədindən təxminən 97 kilometr aralıdakı Polşanın Rzeşov şəhərinə aparılıb.
Həmçinin bildirilib ki, Ukrayna və ABŞ rəsmiləri QRU tərəfindən təxribat törətmək ehtimalına qarşı yükü gizli saxlayıblar.
Ötən il fevralın 24-də Rusiyanın başlatdığı müharibə zamanı texnologiya milyarderi İlon Mask internet kəsilmələrinin qarşısını almaq üçün Ukraynaya Starlink peykləri də göndərmişdi.