Ukrayna hərbi vəziyyət rejimi 90 gün müddətinə uzadılıb

17:50 15.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyəti və ümumi səfərbərliyi yenidən 90 gün müddətinə uzadıb.

Hafta.az xəbər verir ki, bu barədə “Səs” fraksiyasından olan deputatı Yaroslav Jeleznyak teleqram səhifəsində bildirib.

Qeyd olunub ki, parlament bu gün hərbi vəziyyətin uzadılması haqqında 7664 saylı qanun layihəsini, eləcə də ümumi səfərbərlik müddətinin uzadılması haqqında 7665 saylı qanun layihəsini qəbul edib.

Hər iki sənədi 328 deputat dəstəkləyib.

Beləliklə, hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 23-dən sonra daha 90 gün, yəni, noyabrın 21-dək uzadılıb.

Oxunma sayı 192