Ukrayna ikili vətəndaşların ölkədən çıxışını qadağan edib

09:15 06.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada ümumi səfərbərlik şərtlərinin genişləndirilməsindən sonra ikili vətəndaşlığı və ya xarici yaşayış icazəsi olan vətəndaşların ölkədən çıxışı qadağan edilib.

Hafta.az-ın yazdığına görə, indi yaşayış icazəsi və ya ikili vətəndaşlığı olan və hərbi xidmətə cavabdeh olan şəxslər ölkədən çıxa bilməyəcək.

ABŞ səfirliyi tərəfindən edilən açıqlamada bu proqramın ikili vətəndaşlığı olan şəxslər üçün də keçərli olduğu bildirilib. ABŞ-ın Kiyevdəki səfirliyi öz saytında Ukrayna vətəndaşlığı olan ABŞ vətəndaşları üçün mesaj dərc edib. Diplomatik nümayəndəliyin məlumatına görə, iyunun 1-dən Ukrayna hakimiyyəti 18-60 yaş arası ikili vətəndaşlığı olan ukraynalı kişilərin ölkədən kənara çıxmasına icazəni ləğv edib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Andrey Demçenko deyib: “Biz onları əvvəllər azad etmişdik. Amma artıq bu kateqoriyadan olan vətəndaşların sərhədi keçməsinə icazə vermirik”.

Ukrayna rəsmiləri orduya hərbçilərin cəlb edilməsinin zəruriliyini dəfələrlə bəyan ediblər. Ukrayna prezidenti Vladimir Zelenski mayın ortalarında səfərbərlik qanununu sərtləşdirib. Artıq 18-60 yaş arası bütün kişilər 60 gün ərzində hərbi səfərbərlik və qeydiyyat idarələrində məlumatlarını yeniləməli, hərbi biletlərini hər zaman özləri ilə gəzdirməlidirlər.