Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın keçmiş maliyyə naziri Stiven Mnuçin deyib ki, Ukrayna ilə bağlı danışıqların vaxtı çatıb. O, bu barədə CNBC telekanalına Yaxın Şərq və Afrika sammitində deyib.
O qeyd edib ki, ABŞ daimi atəşkəs olmasa belə, döyüşləri dayandıra bilər.
“Prezident Bayden və Prezident Xi arasında keçirilən görüşdə həqiqətən ümid etdiyim məqamlardan biri də bu idi ki, iki dünya lideri müharibəyə son qoymaq üçün bu məsələni birgə həll edə bilər”, - o deyib.
Mnuçin həmçinin qeyd edib ki, münaqişə uzanarsa, o zaman Avropa düzəlməz nəticələrlə üzləşə bilər.