Ukrayna ilk dəfə ağıllı bombalardan istifadəyə başladı

10:05 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri Tokmak şəhərinə 11 nəfərin öldüyü hücumlarda ilk dəfə olaraq NATO-nun GLSDB bombalarından istifadə edib.

Hafta.az-ın yazdığına görə, Boeing və Saab Group tərəfindən hazırlanmış ağıllı bombalar HIMARS sistemlərindən buraxılır. Ukraynanın Tokmaka qarşı hücumlarda bu bombaları ilk dəfə istifadə etdiyi təsdiqlənib.

Ukrayna ordusu aprelin 12-də Rusiyanın nəzarətində olan Tokmak şəhərinə böyük hücuma keçib. Çoxlu yaşayış binaları dağıdılıb. Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski aralarında uşaqların da olduğu 11 nəfərin öldüyünü açıqlayıb.

Oxunma sayı 231