Ukrayna Krımı azad etmək üçün qadağan olunmamış istənilən silahdan istifadə edəcək - DANİLOV

20:55 14.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın müvəqqəti işğal etdiyi Krımı azad etmək üçün beynəlxalq qanunlarla qadağan olunmayan istənilən silahdan istifadə edəcəyini bildirib.

Hafta.az “NV” nəşrinə istinadla xəbər verir ki, bu haqda “Tvitter”-də yazan A.Danilov Krımın Ukrayna ərazisi olduğunu xatırladıb.

“Krım Ukrayna ərazisidir və biz orada beynəlxalq qanunlarla qadağan olunmayan və ərazilərimizin azad edilməsinə kömək edəcək istənilən silahı sınaqdan keçirib istifadə edəcəyik”, - deyə MTMŞ katibi vurğulayıb.

Aprelin 14-də xarici işlər nazirinin birinci müavini Emine Japarova bəyan edib ki, Ukrayna Krımı azad etmək üçün həm hərbi, həm də diplomatik yolları nəzərdən keçirir.

Daha əvvəl Danilov bildirib ki, Krımda vaxtaşırı partlayışların baş verməsinin səbəbi Ukraynanın ən son silahları sınaqdan keçirməsi ola bilər.